“Digital Classifieds” OÜ Şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1404350071) ləğv edilir.
Azərbaycanda eyni sahədə çalışan - 10 ŞİRKƏT LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma ilə əlaqədar olaraq kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəsil Rza küçəsi, mənzil 75 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ildən fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi Mamuka Kirvalidzedir.
Beyd edək ki, bu şirkət Qazaxıstanın maliyyə-texnologiya nəhəngi olan Kaspi.kz ekosisteminin bir hissəsidir. Azərbaycanda isə ölkənin ən böyük və populyar 4 onlayn platformasının proqram təminatının hazırlanması, dəstəklənməsi və inkişaf etdirilməsi işlərini görür. Həmin platformalara “Turbo.az”, “Bina.az”, “Tap.az” və “Boss.az” daxildir.















