Səhiyyənin Təminat Mərkəzi PHŞ (VÖEN: 1008078521) Respublika Qan Bankında müayinələr üçün lazım olan materialların (Auto System cihazı üçün reaktiv, reagent və s.) satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları – BU ŞİRKƏTDƏN ALDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC (VÖEN: 1500166751) olub.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 1 milyon 75 min manat təşkil edib.
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb. Nizamnmaə kapitalı 57 min manat olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr, ev.153. üvnanında yerləşir.















