Türkiyə Mərkəzi Bankı milli valyuta olan lirənin ucuzlaşmasının qarşısını almaq üçün bazara müdaxilə etməyi qərara alıb. FED.az xəbər verir ki, TMB xarici valyataya tələbatı ödəmək üçün bazara 2,2 milyard dollar buraxıb. Bu barədə TMB-nin rəsmi internet səhifəsində məlumat yayılıb.
Xatırladaq ki, avqustun 6-da türk lirəsi dollar qarşısında rekord sürətdə ucuzlaşaraq bir gün ərzində 5,1 lirədən 5,3 lirəyə enib. Mərkəzi Bank bildirib ki, 2,2 milyard dollar bankların istifadəsinə veriləcək.
Lirənin kəskin bahalaşmasının səbəbi avqustun 3-də ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcəyin açıqlamasıdır. ABŞ-ın ticarət nümayəndəsi bildirib ki, rəsmi Vaşinqton Türkiyədən bəzi malların ABŞ-ın güzəştli idxal olunması üçün Ankaraya verilən ticarət imtiyazlarının (Generalized System of Preferences — GSP) nə qədər düzgün olub-olmamasına yenidən baxır.
Qeyd edək ki, sözügedən güzəştli mallar Türkiyənin ABŞ-a ixracatının 17%-ni təşkil edir və onların həcmi 1,7 milyard dollardır.
ABŞ nümaynədəsi bildirib ki, bundan əvvəl Türkiyə özü də ABŞ-dan idxal olunan 1,78 milyard dollarlıq mallara əlavə rüsumlar tətbiq edib.Eləcə də bax: Türkiyədə dolların yeni rekordu – 5,3 LİRƏYƏ ÇATIR