SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Emalı Zavoduna 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gəlib.
SOCAR-dan Trend-ə verilən məlumata görə, fəaliyyətə başlama ərəfəsində olan zavodda açılış tarixi - oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək. SOCAR Türkiyənin Baş Direktoru (CEO) Zaur Qəhrəmanov bildirib ki, STAR NEZ-ə ilk xam neftin SOCAR-ın vətəni olan Azərbaycandan gətirilməsi böyük məna ifadə etməkdədir.
SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisiya ilə qurulan STAR NEZ, Türkiyədə özəl sektor tərəfindən edilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə ilk test emalını həyata keçirməyə başlayıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80.000 tonluq ilk xam neft 244 metr uzunluğundakı Abşeron tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn "Azerilight" olub.
İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən SOCAR Türkiyənin Baş Direktoru Z.Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edərək bildirib ki, STAR NEZ-in ilk neftinin "Azerilight" olmağı böyük məna ifadə etməkdədir:
"SOCAR Türkiyə olaraq, Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi, önümüzdəki illərdə də genişlədəcəyik”.
SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Z.Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR, bir çox ölkədə fəaliyyətlərini davam etdirir:
"Bu ölkələr arasında Türkiyə, bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəceyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm.”
CARİ KƏSİRİN AZALDILMASINA 1.5 MİLYARD DOLLARLIQ TÖHFƏ
STAR NEZ Baş Direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən,bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ- də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməyinin iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsdir.
“Müəssisələrimizdə dövriyyə alıma hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz, STAR NEZ-i planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə güvənli bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək eyni zamanda Azərbaycan vəTürkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır” dedi. STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən biri olacağını ifadə edən İlter, çıxışına belə davam etdi: “Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ, Türkiyədə cari kəsirin azalmağına hər il 1.5 milyard dollarlıq töhvə verəcək. İlk enerjiləndirməyi etdiyimiz 2017-ci ilin avqust ayından bugünə böyük bir əzim və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4.8 milyon ton dizel yanacağı ve 1.6 milyon ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin, global enerji bazarında rəqabət gücü də artacaq.”
1.100 YENİ İŞ YERİ
SOCAR Türkiyənin hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi Petkimin xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 içşi sayına sahib zavod, İstehsala başladığında 1100 nəfərlik yeni iş yeri təmin edəcəkdir.