ABŞ texnologiya nəhəngi Apple'ın bazar dəyəri 1 trilyon dollara çatdı.
New-York birjasında dünəni səhm başına 201,50 dollardan bağlayan Applenin səhmləri bu gün 2,75% artımla 207,05 dollara qədər yüksəldi.
Bu nəticə ilə, rəsmi məlumatlara görə bazar dəyəri 1 trilyon dollara çıxan Apple, tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.
Applenin çərşənbə axşamı günü açıqlanan hesabatına görə, bu ilin aprel-iyun dövründə keçən ilin eyni dövrünə görə şirkətin gəliri 17,3% artaraq 53,26 milyard dollara, mənfəəti isə 32,1% yüksələrək 11,52 milyard dollara çatdı.
Bu dövrdə şirkətin əsas məhsulu olan «iPhone» satışları da 0,6% artaraq 41 milyon 300 minə, iPad satışları isə 0,9% yüksələrək 11 milyon 553 minə çatıb.
Applenin dünən ABŞ Daşınan qiymətlər və Birja Komissiyasına (SEC) etdiyi məlumata görə, iyulun 20-nə olan vəziyyətə şirkətin 4 milyard 829 milyon 926 min hissəsi var.
Məlumat üçün bildirək ki, tarixdə ilk dəfə 1 trilyon dollar səddini keçən Çinin “PetroChina” adlı neft şirkəti olmuşdu. “Apple” hazırda bu ünvanı qazanan ikinci şirkətdir.