Azərbaycanda avtomobillərə tətbiq edilən gömrük rüsumlarının artırılması Gürcüstan avtomobil bazarını da vurub.
FED.az xəbər verir ki, Rustavi avtomobil bazarında alıcıların azalması səbəbi ilə durğunluq yaranıb. Satıcılar bildirirlər ki, ən çox satılan "Hyundai" və "Kia" modelləri də son bir neçə ayda demək olar ki, alınmır. Hazırda bazarda 2.0 l mühərrik "Volksvagen Jetta" 3000 dollara, eyni mühərrikli 2011-ci il model "Kia Optima" 6000 dollar, 1997-ci il model "Mercedes C 180" isə 2700 dollara təklif edilir. Daha ətraflı məlumat üçün videoreportajı izləyə bilərsiz:
Eləcə də bax: Yeni nəsil "Toyota RAV4" təqdim edildi - FOTO