“Visa” beynəlxalq ödəmə sistemi 1 oktyabr tarixindən etibarən sosial malların, habelə avtomobil və daşınmaz əmlakın alışı üzrə tarifləri azaldır.
Eləcə də bax:"Holdinqin bankı" kredit faizlərindən 73 milyon manat qazanıb – HESABAT
Riteylerlər illərdir tariflərin azaldılması uğrunda mübarizə aparırlar. İmtiyazlı “interchange” (ödəmə sistemin müəyyən etdiyi və kartları buraxan bankların aldığı güzəştlər)2019-cu ilin mart ayıdan tərtib edilmişdir.
Hal-hazırda banklararası komissiya 1,99% təşkil edir, oktyabr ayında isə avtomobil və mənzillər üçün tariflərin 0,8%, apteklər üçün 1,3% qədər azaldılması planlaşdırılır.
Təhsil xidmətləri üçün 1,2% və 1%, səhiyyə sahəsində fəaliyyət göstərən lisenziya almış müəssisələr üçün 1% səviyyəsində olmasını təklif edilib.
Bazar iştirakçılarının fikrincə, “Visa” nın bu təklifi daşınmaz əmlak bazarına əsaslı təsir göstərməyəcəkdir. Mütəxəssislər hesab edirlər ki, bu sadəcə marketinqdir və ödəmə sistemi bununla özünə diqqəti cəlb etməyə çalışır.
VTB “Visa” nın təşəbbüsünü dəstəkləyir. Bankın nümayəndələri qeyd edirlər ki, bu yenilik büdcə təşkilatlarının nağdsız ödənişlərə keçidinə kömək edəcək.