«KapitalBank» 2019-cu ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın açıqladığı mənfəət-zərər hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda «Kapitalbank»ın faiz gəliri 189 milyon 925 min manat, faiz xərcləri 32 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 158 milyon manata çatıb.
Bu müddətdə bankın qeyri-faiz gəlirləri xərclərini ağlaya bilməyib. Qeyri-faizdən 76 milyon 137 min manat qazanıb, bu sahəyə 96 milyon 632 min xərcləyib. Amma qeyri-faiz sahəsindəki geriliyi faz gəlirləri artıqlamasıyla bağlayıb. Nəticədə bank bu ilin ilk iki rübünü 137,4 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb.
Amma bank bu vəsaitin 3-də birini – 44,5 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalı olub. Nəticədə bankın vergiyə qədərki mənfəəti 92,8 milyon manat olub. 20 milyn manata yaxın vergi ödənişindən sonra «Kapitalbank» ilk yarım ili 73,2 milyon manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, «KapitalBank» ASC səhmlərinin 99,97%-i «Paşa Holdinq»ə məxsusdur.
"Holdinqin bankı" kredit faizlərindən 73 milyon manat qazanıb – HESABAT
10:41
15 İyul 2019