"Bank Standard"ın kreditorlar komitəsinin tərkibi, sədri və katibi dəyişəcək. FED.az xəbər verir ki, bu barədə komitənin indik sədri Əkrəm Həsənov məlumat verib.
Eləcə də bax: Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA
Onun sözlərinə görə, 11 iyun saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
İclasda bankın maliyyə vəziyyəti və ləğvetmə prosesi, habelə Komitənin yeni tərkibinin müəyyən edilməsi, sədrinin və katibinin dəyişdirilməsi məsələləri müzakirə ediləcək. İclasın gündəliyinə dair ilk elandan sonra heç bir əlavə təklif daxil olmayıb.
Kreditorlar, mətbuat və ƏSF rəhbəri Vüqar Abdullayev iclasa dəvətlidir.
Qeyd edək ki, komitənin Əsasnaməsinə görə iclasda yetərsay, üzvlərinin 2/3 hissəsindən ibarətdir.
Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvləri aşağıdakı şəxslərdir (Əkrəm Həsənov və siyahıdakı son 6 şəxs istisna olmaqla, digər 20 üzv Komitəyə sırf ƏSF-in təşəbbüsü ilə daxil edilib):
1. Əkrəm Həsənov – sədr;
2. Raziyə İsayeva (Xəzər Universiteti) – katib;
3. “Azercell Telecom” MMC;
4. “Socar Cape” MMC;
5. “Socar Marketing”;
6. “Standard İnsurance” ASC;
7. “Qala Həyat” Sığorta Şirkəti ASC;
8. “Finca Azərbaycan” QBKT;
9. “UniLeazing” QSC;
10. “GESCO” ASC;
11. Vəliyev Rişad Höccət oğlu;
12. Seyidov Fərhad Əsgər oğlu;
13. Əlizadə Akif Ağamehti oğlu;
14. Qazayeva Aliyə Məmmədovna;
15. Əli-Zadə Orxan Samir oğlu;
16. Əfəndi Rəna Rüstəmovna;
17. Əfəndiyev Bəhruz Məmmədhəsən oğlu;
18. Sahibkarlığın İnkişafı Fondu;
19. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;
20. Vladimir Vladimiroviç Timoşenko;
21. Mustafayeva Rəna Mehti qızı;
22. İlxaszadə Sabir Saqi oğlu;
23. Babazadə Nailə Sabir qızı;
24. Təhməzova Nailə Sultan qızı;
25. Əsgərov Tural Qabil oğlu;
26. Məmmədov Məhərrəm Qasım oğlu;
27. Qafarova Cəmilə Əli qızı.
Nəzərə alaraq ki, bu üzvlərin mütləq əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələ (Komitə sədri və katibinin seçkisi) həll olunmalı olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, sözügedən bankın təxmini 45000 kreditoru var.
«Bank Standard»la bağlı yenilik var – ŞİRKƏTLƏRİN SİYAHISI AÇIQLANDI
09:37
7 İyun 2019