2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi məbləği 240,1 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Hesabata əsasən, asfalt istehsalı 2,2 dəfə, tikinti blokların və sementdən, süni daşdan və betondan kərpic istehsalı 73,7 faiz, tikinti kərpicinin istehsalı 69,8 faiz artıb.
Eyni zamanda tikinti gipsinin istehsalı 61,8 faiz, beton tikinti konstruksiyalarının istehsalı 52,5 faiz azalıb.
Məhsulun növü |
2019-cu ilin yanvar-aprel aylarında istehsal olunub |
2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə dəyişiklik (faiz) |
01.05.2019 tarixinədək anbarlarda hazır məhsulun miqdarı |
Sement (min ton) |
996,3 |
105,2 |
94,9 |
Tikinti gipsi (min ton) |
1,9 |
38,2 |
2,1 |
Tikinti əhəngi (min ton) |
13,1 |
141,5 |
0,9 |
Tikinti blokları və kərpiclər (min ton) |
44,0 |
173,7 |
34,0 |
Beton tikinti konstruksiyaları (min kubmetr) |
14,1 |
47,5 |
5,5 |
Asfalt (min ton) |
80,6 |
2,2 |
- |
Tikinti kərpici (min kubmetr) |
135,1 |
169,8 |
17,5 |
Beton qarışığı (min ton) |
423,3 |
111,7 |
- |
Cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (ton) |
7 654,7 |
153,3 |
358,5 |