Keçən həftə sonundan texnologiya dünyası Huawei barədə xəbərlərlə sarsıldı. Çap mətbutı, telexəbərlər, onlayn informasiya agentlikləri və xüsusi forumlar, sosial şəbəkələrdə yayılan informasiyalar telefon istifadəçilərini məyus edib.
FED.az bu məqamda şirkətlə bağlı yeni qərarları təqdim edir:
1. Android şirkəti ABŞ hökumətinin tələblərinə əməl edəcəyi təqdirdə Huawei ilə əməkdaşlığa davam edəcəyini rəsmi olaraq təsdiq edib.
2. ABŞ hökuməti Huawei ilə əməkdaşlığa icazəni ən azı 90 gün uzatdığını rəsmi olaraq təsdiq edib.
3. Huawei şirkətin təhlükəsizlik sistemi üçün yeniləmələritəqdim etməyə və artıq satılmış və ya bütün dünyada anbarlarda saxlanılan smartfon və planşetlər daxil olmaqla şirkətin bütün mövcud məhsullarına satış sonrası xidmət göstərməyə, həmçinin proqram təminatının, təhlükəsiz və sabit ekosistemini inkişaf etdirməyə davam edəcəyini rəsmi olaraq təsdiq edib.
Eləcə də bax: Azərbaycana rəsmi telefon idxalında - BÖYÜK ARTIM
Bütün bunlar Huawei-in cari istifadəçilərinin dünyanın istənilən ölkəsində rahatlıqla Huawei smartfonlarını almağa davam edə biləcəyi, özlərinə smartfon seçənlərin isə tərəddüd etmədən bu smartfonları ala biləcəyinə əminlik yaradır.