28 may 2019 17:54

Bakıda Olimpiya Stadionuna birbaşa - AVTOBUS XƏTTİ AÇILDI

Bakı Nəqliyyat Agentliyi (BNA) sabah, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması üçün iki müvəqqəti avtobus xətti açıb.
Agentlikdən FED.az-a verilən məluata görə, tamaşaçılar X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
 
X1 ekspres xətt avtobusları final oyununa bilet alan şəxsləri metronun “Q.Qarayev” stansiyasından Bakı Olimpiya Stadionuna daşıyacaq.
 
X2 ekspres xətt avtobusları isə bileti olan azarkeşləri metronun “28 May” stansiyası yaxınlığından (Səməd Vurğun bağı) Bakı Olimpiya Stadionuna daşıyacaq.
 
Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz