Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.
FED.az-ın məlumatına görə, Dövlət Proqramında Azərbaycanın əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyələri barədə də məlumat verilib.
Ölkənin ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində (ilkin məlumatlara əsasən) 2018-ci ildə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil etmişdir.