“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin (SC) tərkib hissəsi olan “Metrovaqonmaş” SC arasında bu il ərzində Bakıya “81-765.B/766.B” tipli 30 metro vaqonundan ibarət 6 qatarın çatdırılmasına dair müqavilə imzalanıb.
ELƏCƏ DƏ BAX: “Yeməyi sərnişinlər özləri alsa yaxşıdır” – AÇIQLAMA
FED.az-ın məlumatına görə, həmin vaqonların birinci dəstəsinin cari ilin ikinci rübündə gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən vaqonlar əvvəlki modellərə nisbətən daha geniş qapılara, qapıların açılıb-bağlanmasının yeni tipli işıqlı xəbərdarlıq sisteminə malikdir. Bundan əlavə, Bakı üçün istehsal olunacaq vaqonlarda xüsusi rəngli qrafika hazırlanacaq.
Yeni metro vaqonları gətiriləcək - MÜQAVİLƏ
19:37
31 Yan 2019