Dekabrın 4-də Türkiyənin İstanbul şəhərindən çıxmış, dekabrın 10-da isə Bakı Limanından keçərək Çinin Sian şəhərinə istiqamətlənmiş Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb.
Eləcə də bax: İstanbuldan ilk yük qatarı Çinə - Yola Düşüb
FED.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.
Xatırladaq ki, hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan qatar İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars-Bakı-Aktau-Almata-Korqos-Sian xətti üzrə 8 693 kilometr yolu 12 günə qət etməli idi.