ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı bütün minaların təmizləndiyini və ya məhv edildiyini açıqlayıb.
İrandan Hörmüz boğazından keçən gəmilərə - YENİ QAYDALAR
FED.az xəbər verir ki, açıqlama qlobal enerji bazarları üçün xüsusi əhəmiyyət daşıyır. Hörmüz boğazı dünyanın ən strateji enerji nəqli marşrutlarından biridir və son dövrdə İran ətrafında hərbi-siyasi gərginliyin artması tanker hərəkətinin kəskin azalmasına səbəb olmuşdu.
Trampın bəyanatı boğazda dəniz nəqliyyatının təhlükəsizliyinin bərpası baxımından mühüm siqnal sayıla bilər. Bununla belə, regiondakı siyasi və hərbi risklər, eləcə də İranın boğazın idarə olunması ilə bağlı mövqeyi enerji bazarları üçün əsas qeyri-müəyyənlik mənbələrindən biri olaraq qalır.
"ABŞ Hərbi Dəniz Qüvvələri mənə indicə məlumat verdi ki, Hörmüz boğazının beynəlxalq sularında olan bütün minalar təmizlənib və/və ya zərərsizləşdirilərək partladılıb. İrana bildirilib ki, yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək. Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər qarışını izləyirik. Eyni şəkildə "Pickaxe Mountain" və artıq məhv edilmiş digər üç nüvə obyektini də nəzarətdə saxlayırıq. Mina yerləşdirilməsinə qarşı sıfır tolerantlıq siyasəti tam qüvvədədir və tətbiq olunur",- Tramp bildirib.
Qeyd edək ki, "Pickaxe Mountain" (Qazma dağı və ya farsca Kuh-e Kolang Gaz La) İranın Natanz nüvə kompleksinin yaxınlığında, dağın dərinliklərində inşa edilmiş möhkəmləndirilmiş yeraltı nüvə obyektidir.












