Yaxın vaxtlarda Sumqayıt şəhərinə daha 40 sərnişin avtobusu gətiriləcək. Beləliklə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki iki müəssisədəki avtobusların sayı 210 ədədə çatacaq.
Bunu "Sumqayıt Nəqliyyat" MMC-nin direktor müavini Fərhad Tağıyev bildirib.
Onun sözlərinə görə, avtobus parklarının komplektləşdirilməsi Azərbaycanın özəl banklarından birinin krediti hesabına həyata keçirilir. AKİA, Karsan və İsuzu avtobus markaları Türkiyədə alınır. Kredit şərtləri barədə məlumat verilmir.
Eləcə də bax: Bakıdan Batumiyə yol çəkilir