2020-ci ildə Bakıdan Batumiyə qədər avtomagistral xətt istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, Azərbaycanda avtomobil yollarının tikintisi ilə bağlı işlər görülür, tranzit əhəmiyyətli yolların yenidən qurulmasına başlanılıb. Artıq 2020-ci ildə Bakıdan Batumiyə qədər avtomagistral xətt fəaliyyətə başlayacaq.