2023-cü ildə xaricdən Azərbaycana gətirilən avtobusların sayı 3 dəfədən çox azalıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xaricdən 116 ədəd avtobus gətirilib, avtobusların ümumi qiyməti 7 milyon 525 min dollar təşkil edib.
Başqa sözlə, bir avtobusun orta qiyməti 64,8 min dollar olub. Ötən illə müqayisədə ölkəyə gətirilən avtobuslar 2 dəfədən çox ucuzlaşıb.
Belə ki, 2022-ci ilin ilk 11 ayında ölkəyə ümumi dəyəri 50 milyon 884 min dollar həcmində 374 ədəd avtobus gətirilmişdi. Başqa sözlə ölkəyə gətirilən avtobusların orta qiyməti 136 min dollu olub.