Azərbaycanda rayonlar arası marşrut avtobuslarında gediş haqqı artırılıb.
Azərbaycanda benzin və dizel bahalaşdı – YENİ QƏRAR –QİYMƏTLƏR
Azərbaycanda avtobus və metroda, nəqliyyatda gediş haqları bahalaşdı - YENİ QİYMƏTLƏR - CƏDVƏL
Aİ-95 benzini 40 qəpik ucuzlaşacaq - TARİX AÇIQLANDI - YENİ QİYMƏT
Azərbaycanda ilk dəfə - Qarabağa təyyarə reysi açılır - UÇUŞ QİYMƏTİ
FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə ölkə daxilində müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyən edilib.
Bu 100 kilometr üçün 3,7 manat deməkdir.
Xatırladaq ki, 2018-ci ildə bu tariflər 2,4 qəpik, 2023-cü ilin fevralından indiyədək isə 3 qəpik idi.
Başqa sözlə sözügedən tariflər 23% artırılıb. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma tarifinin yuxarı həddinin 3 qəpikdən 3,7 qəpiyə artırılması şəhərlər arası avtobuslarda gediş haqqının da eyni qaydada artması deməkdir.
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri
Marşrut |
Məsafə (dövrün uzunluğunun yarısı) |
Tarif (manat) |
I |
II |
III |
Şəhərətrafı və qəsəbələrarası |
15 km-dək (15 km daxil olmaqla) |
0,50 |
15 km-dən 30 km-dək (30 km daxil olmaqla) |
0,60 |
|
30 km-dən 40 km-dək (40 km daxil olmaqla) |
0,70 |
|
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) |
0,80 |
|
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) |
1,00 |
|
50 km-dən yuxarı |
1,10 |