Azərbaycanda benzin və dizelin qiymətinini artması ilə eyni zamanda ictimai nəqliyyatda - metro və avtobuslarda gediş haqqı artırılıb.
Azərbaycanda benzin və dizel bahalaşdı – YENİ QƏRAR –QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib. iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.
Nazirliyin açıqlamasında bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.
Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:
-
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
-
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
-
Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.
Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi
Marşrut |
Məsafə (dövrün uzunluğunun yarısı) |
Tarif (manat) |
Şəhərdaxili (rayondaxili) |
məsafədən asılı olmayaraq |
0,50
|
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi
Bir gediş üzrə |
0,50 manat |
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri
Marşrut |
Məsafə (dövrün uzunluğunun yarısı) |
Tarif (manat) |
I |
II |
III |
Şəhərətrafı və qəsəbələrarası |
15 km-dək (15 km daxil olmaqla) |
0,50 |
15 km-dən 30 km-dək (30 km daxil olmaqla) |
0,60 |
|
30 km-dən 40 km-dək (40 km daxil olmaqla) |
0,70 |
|
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) |
0,80 |
|
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) |
1,00 |
|
50 km-dən yuxarı |
1,10 |
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)
№ |
İstiqamətlər |
Tariflər (ƏDV daxil, manatla)Ə |
1. |
Bakı-Naxçıvan / Naxçıvan-Bakı |
70.00 |
2. |
Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan |
60.00 |
3. |
Bakı-Gəncə / Gəncə-Bakı |
84.00 |
4. |
Bakı-Qəbələ / Qəbələ-Bakı |
65.00 |
5. |
Bakı-Füzuli / Füzuli-Bakı |
78.00 |
6. |
Bakı-Zəngilan / Zəngilan-Bakı |
83.00 |
7. |
Bakı-Lənkəran / Lənkəran-Bakı |
65.00 |
8. |
Bakı-Zaqatala / Zaqatala-Bakı |
84.00 |