Türkiyə və Ermənistan arasında çarter reysləri bərpa ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə və Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq üçün çarter reysləri açılacaq”, – deyə nazir söyləyib.
Xatırladaq ki, Türkiyə və Ermənistanın diplomatik əlaqələri yoxdur, iki ölkə arasındakı sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Münasibətlərin kəskinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesində Türkiyənin kəskin reaksiyası səbəb olub.