Son bir ildə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz artaraq 192,3 milyon nəfər olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,7 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,5 faiz təşkil etmişdir.
Eləcə də bax:Kənd təsərrüfatı məhsullarının istehsalı və istixanaların – SAYI ARTIB
2019-cu ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1671,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.