Bu ilin 9 ayında Bakı Metrosundan 169,7 milyon nəfər istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
Eləcə də bax:Bakıda tramvay və trolleybusun bərpası üzrə - MÜZAKİRƏ BAŞLAYIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda sərnişin daşınmanın çox hansı sahədə olduğu da məlum olub. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 113,3 milyon ton yük, 1313,0 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,2% artım qeydə alınıb.
Sərnişinlərin 96,0% avtobus, 4,0% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,3% artıb.
Hava nəqliyyatı ilə 2102,8 min və ya 10,0% çox sərnişin daşınıb. Daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilİB.