Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edilib.
Avtobuslarda gedişhaqqı ödənişlərində - YENİLİK
FED.az xəbər verir ki, artıq “BakıKart” mobil tətbiqi ilə nəinki “BakıKart” plastik kartınızın balansını artıra, hətta plastik karta ehtiyac olmadan gediş haqqını mobil telefonunuz vasitəsi ilə ödəyə biləcəksiniz.
“BakıKart” tətbiqini həm “Android” həm də “iOS” əməliyyat sistemini dəstəkləyən mobil cihazınıza yükləyə bilərsiniz.
Gedişhaqqını necə ödəyəcəyiniz barəsində ətraflı aşağıda video izahda verilib.