Tural Əlisurət oğlu Məmmədov “AZCON Holding”-də Nəqliyyat üzrə direktor təyin edilib.
FED.az xəbər verir ki, T.Məmmədov təyinata qədər AZCON-da baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru işləyib.
T.Məmmədov 2014–2020-ci illərdə BP-nin London ofisində, 2020–2022-ci illərdə SOCAR Trading Londonda maliyyə məsləhətçisi, 2022–2025-ci illərdə isə PwC Londonda “Kapital layihələr və kommersiya təminatı” bölməsinin baş meneceri olub. Imperial College London-da MBA təhsili alıb.












