Nəqliyyat

Karantin rejiminin pozulmasına görə cərimələnən sürücülərin sayı - AÇIQLANDI

Karantin rejiminin pozulmasına görə cərimələnən sürücülərin sayı - AÇIQLANDI | FED.az
12:16 18 Aprel 2020

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

FED.az xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27 587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Digər xəbərlər