"İran və Ermənistan səyahət ödənişlərini sıfıra endirmək barədə razılığa gəliblər".
Azərbaycan Zəngəzur dəhlizini İrandan keçməklə yaradır - SƏNƏDLƏR İMZALANDI, KÖRPÜLƏR TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş ermənistanlı həmkarı Qnel Sanosyanla görüşü zamanı deyib.
O bildirib ki, Şimal-Cənub magistralının İranla həmsərhəd Aqarak şəhərindən Qacaranadək (32 km) ən cənub hissəsinin tikintisinə dair müqavilə imzalamaq üçün İrəvana gəlib.
Nazirin sözlərinə görə, Şimal-Cənub dəhlizi boyunca yerləşən ölkələr bunun tez bir zamanda reallığa çevrilməsində maraqlıdır. Onu mümkün qədər tez yaratmaq və infrastrukturu inkişaf etdirməklə yanaşı, ticarətdəki maneələri də aradan qaldırmaq lazımdır.
Səyahət ödənişlərinin sıfırlanması ilə bağlı prinsipial qərar artıq qəbul edilib və tezliklə rəsmi razılaşma əldə olunacaq.
“Bu yolla daha az xərclə, o cümlədən üçüncü ölkələrə mal daşıya biləcək bizneslər üçün çox ciddi problem həll olunacaq”, - nazir izah edib. (Report)