Naxçıvandan keçməklə Azərbaycandan Ermənistana dəmir yolunun bərpası təxminən $230 milyon təşkil edəcək.
Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 buraxılış məntəqəsi yaratmağa hazırdır
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Horadiz (Azərbaycan) – Arazdəyən (Ermənistan) dəmir yolunun təxmini dəyəri hələ bir il əvvəl hesablanıb və təqribən $230 milyon təşkil edir. Söhbət bu yolun tam bərpasından gedir”, - deyə o bildirib.
Arazdəyən (Ermənistan) - Culfa (Naxçıvan) – Mehri (Ermənistan) – Horadiz (Azərbaycan) dəmir yolunun tikintisi Azərbaycanla Naxçıvan Muxtar Respublikası və Ermənistanla Rusiya və İran arasında əlaqəni təmin etməyə imkan verəcək. (İnterfaks-Azərbaycan)