Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar davam edir.
Eləcə də bax: BNA: “Yaxın zamanlarda Bakıda pərakəndə parklanma probleminə son qoyulacaq”
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Nazirlər Kabinetində Bakı Nəqliyyat Agentliyinin yeni Əsasnaməsi hazırlanır.
“Əsasnamə hazırlandıqdan sonra parkinq və digər sahələrdə də səlahiyyət bölgüsü müəyyənləşəcək”, - Eldar Əzizov vurğulayıb. (Apa)