Bu ilin yanvar-iyul ayları ərzində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 14,8 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 0,9 min nəfər və ya 5,7% azalıb.
Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 15,7 min nəfər olub.