Bu ilin yanvar-iyul ayları ərzində avtobuslarla daşınan sərnişinlərin sayı 1 milyard 005 milyon 194,9 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 57 milyon 791,6 min nəfər və ya 6,1% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 947 milyon 403,3 min nəfər olub.