Azərbaycan Dəmir Yolları güclənldirilmiş karantin günlərində elektrik qatarlarının fəaliyyətini dayandıracağfını bildirib.
Eləcə də bax: Bakı ətrafında elektrik qatarlarının - HƏRƏKƏTİ DAYANDIRILIR
Qurumdan FED.az-a verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq: «Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq»-deyə məlumatda bildirilir.