Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini azaltmaq məqsədilə 15 iyuldan başlayaraq Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.
FED.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, təkmilləşdirilmiş “ADY Mobile” tətbiqi və rəsmi veb-sayt (ticket.ady.az) vasitəsilə daha sürətli və rahat bilet alışı davam edəcək.
Qeyd edək ki, ötən il rayonlararası istiqamətlərə biletlərin 70 faizi onlayn əldə edilib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb. (Apa)