Xaricdən sifariş edilən bağlamalarda gecikmələr yaşanır.
Poçtla gətirilən bağlamalarda problem - Mənzilə çatdırılmır - VİDEO
FED.az xəbər verir ki, alıcılar onlayn alışverişlərdə problemlərin yarandığını deyirlər. Vətəndaşlar iddia edir ki, xüsusilə Çindən edilən sifarişlər 1 həftədən çoxdur ki, elə ilkin mərhələdə, hazırlanma prosesində qalıb. Həmin onlayn mağazadan isə alıcılara sifarişlərin çox olması səbiblə gecikmələrin olduğu deyilib.
Bəs buna səbə nədir?
Elektron ticarət üzrə mütəxəssislər deyir ki, alış-veriş zamanı müştərini cəlb etmək üçün 10 gün ərazində çatdırılma vəd edilir. Lakin bu müddət çox zaman 1 aya qədər çəkir.
Ekspertlərin sözlərinə görə, gecikmə çox zaman qeyri iş, bayram və endirim günləri ilə bağlı olur. Məsələ ilə bağlı Azərbaycanda çatdırılma xidməti həyata keçirən kargo şirkətlərindən biri ilə də əlaqə saxladıq. Bildirildi ki, gecikmələrin səbəbi prosesin uzun çəkməsidir.
Ekspertlər belə olan halda müştərilərə sifariş verərəkən gecikmə ola biləcəyini nəzərə almağı, bununla bağlı həmin şirkətin dəstək xidməti ilə əlaqə saxlamağı və çatdırılma ünvanı ilə şəxsi məlumatları dəqiqliklə təkrar gözdən keçriməyi məsləhət görür.