Bu ilin yanvar-iyul ayları ərzində dəmir yolu ilə daşınan sərnişinlərin sayı 5 milyon 478,6 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 954,4 min nəfər və ya 21,1% artıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 4 milyon 524,2 min nəfər olub.