Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıt şəhərlərində, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, bu gün saat 00:00-dan 28 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırılır.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.
Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması 2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək.