"Bakıda Güzdək-Sahili dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq".
FED.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Eləcə də bax: Bakıda tikilən metroların yeri - DƏQİQLƏŞDİRİLİB
O bildirib ki, həmin yolun araşdırmasına başlanılıb.
C. Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb.
"Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır.
Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur".