“Bakı metropoliteni” QSC-nin şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir.
Eləcə də bax: Yeni metro stansiyaları harada açılacaq – YERLƏRİN SİYAHISI
QSC-dən FED.az-a verilən məlumata görə, yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar məhz bu standartlara uyğun tikiləcək.
Söhbət, Ceyhun Səlimov küçəsində – Bakının «Papanin» adlanan ərazisində tikilən stansiyadan gedir.
Metropolitendən bildirilib ki, Bənövşəyi xətdə infrastrukturda, hərəkətin təşkilində, idarəetmə sistemlərində yeni texnologiyalar tətbiq olunur. Hazırda Fransanın “Thales” şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.