Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Eləcə də bax: Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına - Başlanılıb
Bu barədə FED.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.