"Bakı Metropoliteni" QSC-nin yeni sədri Vüsal Aslanov hazırda metrodan daha intensiv olaraq metrodan istifadə etdiyini və elə bu gün də buraya, "20 Yanvar" stansiyasına sərnişinlər arasında gəldiyini bildirib.
Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında V. Aslanov deyib.
Onun sözlərinə görə, yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə edib: “Son illərdə, daim olmasa da, metropolitendən istifadə edirdim. Metropolitenin memarlığı, xüsusən “Nizami” stansiyası sənət incisidir. Onu yerində görməmək olarmı?!”
V. Aslanov bildirib ki, indi daha çox bu nəqliyyatın cari və gələcək məsələləri ilə məşğuldur: “Deməli, metropolitendən daim isitifadə edəcəyəm. Stansiyalar, depolar, bir sözlə, bütün metro infrastrukturu gündəlik həyatımın bir hissəsinə çevrilib”. (Report)