2018-ci il yanvarın 1-nə “Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri 2 mlrd. 299,315 mln. manat təşkil edib.
FED.az Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,55% azdır.
Ötən il qurumun uzunmüddətli aktivləri 2 mlrd. 221,112 mln. manat, qısamüddətli aktivləri isə 78,202 mln. manat olub.
2018-ci il yanvarın 1-nə “Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri 2 mlrd. 299,315 mln. manat təşkil edib.
“APA-Economics” Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,55% azdır.
Ötən il qurumun uzunmüddətli aktivləri 2 mlrd. 221,112 mln. manat, qısamüddətli aktivləri isə 78,202 mln. manat olub.
“Bakı Metropoliteni”nin cəmi öhdəlikləri hesabat dövründə 12,2% azalaraq 56,652 mln. manat olub. QSC-nin uzunmüddətli öhdəlikləri 15,907 mln. manat, qısamüddətli öhdəlikləri isə 40,744 mln. manat təşkil edib.
2017-ci ildə “Bakı Metropoliteni”nin cəmi kapitalı 1,25% azalaraq 2 mlrd. 242,663 mln. manat, nizamnamə kapitalı isə 1,3% artaraq 2 mlrd. 614,402 mln. manat olub.
Qurum ötən ili 12,581 mln. manat xalis zərərlə başa vurub