“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.
Müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:
Tələblər:
• Ali təhsil (tələb olunan sahə üzrə);
• Yaş: 25-45;
• 3 ildən yuxarı iş təcrübəsi;
• Hərbi mükəlləfiyyətli;
• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;
• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;
• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;
• dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
• Təhqiqat və monitorinqlərin aparılması;
• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;
• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;
• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması
• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.
İş rejimi: 09:00-18:00
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq”bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.