Banner

Nəqliyyat

Bakı-Gəncə sürət qatarında yaxın zamanda elektron bilet satışı tətbiq ediləcək – AÇIQLAMA

Bakı-Gəncə sürət qatarında yaxın zamanda elektron bilet satışı tətbiq ediləcək – AÇIQLAMA | FED.az
12:55 27 Sen 2019

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının yeni uçotu qaydalarına əsasən, elektron biletlərin ciddi hesabat blankı kimi qəbul edilməsi və elektron qaydada uçotunun aparılması mümkün olacaq. Nəticədə sərnişin elektron qaydada alınmış bileti kassaya yaxınlaşmadan bələdçilərə təqdim etməklə qatarlara minə biləcək”.

FED.az xəbər verir ki, bu haqda TED.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən bildirilib.

Eləcə də bax: Bakı-Gəncə qatarında 100 manatlıq biletə nə daxıldır? - SİYAHI

Məlumatda qeyd olunub ki, elektron biletlərin uçotu ilə bağlı qaydalar ADY tərəfindən hazırlanaraq təsdiq olunması üçün aidiyyəti üzrə göndərilib: Həmçinin elektron biletlərin tətbiqi ilə bağlı müvafiq proqram təminatının təkmilləşdirilməsi istiqamətində intensiv iş aparılır. Yaxın vaxtlarda pilot layihə olaraq Bakı-Gəncə sürət qatarında elektron bilet satışı tətbiq ediləcək. Gələcəkdə isə elektron biletlərin bütün qatarlarda tətbiq edilməsi nəzərdə tutulur”.

Digər xəbərlər

Banner