Bu gündən etibarən Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarla sərnişin daşımalarına start verib.
32 ildən sonra ilk dəfə olaraq bu gün avqustun 30-da Ağdama sərnişin qatarı yola düşüb.
Qeyd edək ki, 07:10-da yola düşən qatar Ağdama 11:53-də çatacaq.
Qatarlar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək. Biletlər artıq satışa çıxarılıb və sərnişinlər müxtəlif siniflər üzrə seçim edə bilərlər.
Bilet qiymətləri:
-
Standard sinif: 14,30 AZN
-
Standard+ sinif: 18,10 AZN. Bu sinifdə oturacaqların məsafəsi daha genişdir və sərnişinlərə əlavə olaraq bir dəfəlik su, çay, kofe və kruassan təqdim olunur.
Qeyd edək ki, 10 yaşa qədər uşaqlar üçün biletlər 50% endirimlə satılır.
Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.



![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/4443363.png)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/1489708.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/2518994.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/768093.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/299276.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/4245669.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/1108484.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/2928643.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/3250764.jpg)
![Bakı-Ağdam qatarı 32 ildən sonra yola düşdü -[red] QİYMƏTLƏR - FOTOLAR[/red] | FED.az](upload/news/small/2703753.jpg)









