Azərbaycan Dəmir Yolları (ADY) 30 avqustdan etibarən Bakı-Ağdam istiqamətində müasir qatarlarla müntəzəm səfərlərə başlayır.
Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alıb – Xəzərlə yük daşımaq istəyir
FED.az xəbər verir ki, bu barədə Azerbaycan Dəmir Yolları məlumat yayıb.
Qatarlar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək. Biletlər artıq satışa çıxarılıb və sərnişinlər müxtəlif siniflər üzrə seçim edə bilərlər.
Bilet qiymətləri:
-
Standard sinif: 14,30 AZN
-
Standard+ sinif: 18,10 AZN. Bu sinifdə oturacaqların məsafəsi daha genişdir və sərnişinlərə əlavə olaraq bir dəfəlik su, çay, kofe və kruassan təqdim olunur.
Qeyd edək ki, 10 yaşa qədər uşaqlar üçün biletlər 50% endirimlə təqdim edilir.