Bu ilin yanvar-iyun aylarında hava nəqliyyatı sahəsində orta aylıq əməkhaqqı 2 539,1 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 508,6 manat və ya 25,0% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 2 030,5 manat təşkil etmişdi.