«Azərbaycan Hava Yolları» (AZAL) şirkətinin rəhbər menecmenti 2022-ci ilin nəticələrinə görə, yarım milyon manata yaxın bonus – mükafat alıb.
AZAL nəzarətə götürülən kimi - MƏNFƏƏTLƏ İŞLƏMƏYƏ BAŞLADI - HESABAT
FED.az xəbər verir ki, bu barədə AZAL-ın illik hesabatında bildirilir.
Hesabatdan məlum olub ki, şirkətin rəhbər heyətinə 2022-ci ildəki fəaliyyətə görə 441 min manat mükafat ödənilib.
Ötən il bu məbləğ daha az idi – 286 min manat.
Xatırladaq ki, 2022-ci ildə AZAL son illər ərzində ilk dəfə olaraq mənfəətə çıxıb. Şirkət ili 110 milyon manat xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə isə şirkət 67 milyon manat zərər etmişdi.