Azərbaycanın Milli aviadaşıyıcısı(AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.
Eləcə də bax: AZAL: Öncədən satılan biletlərin hər biri - GERİ QAYTARILACAQ
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirilib.
Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.