Metronun "Sahil" stansiyasında eskalatorların istismar müddəti başa çatdığından Dövlət proqramına uyğun olaraq, bu ilin avqust ayının 20-sindən stansiyada əsaslı təmir işlərinə başlanılıb. Təmir müddətində stansiyanın «LT-3» tipli 3 eskalatoru sökülərək, yerində Almaniyanın «ThyssenKrupp » şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılacaq.
FED.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib. O eyni zamanda bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində nasazlığa görə depoya plandankənar qayıtma hallarının sayı azalıb:
"2015 və 2016-cı illərdə təmirə göndərilmiş vaqon sayı 70 ədəd olsa da, 2017-ci ildə isə bunun 45-60 ədəd olması gözlənilir".
4 eskalator, 60 vaqon - Metroda dəyişiklik
17:24
8 Noy 2017